Konqresin Keçiriləcəyi Yer
Konqres Bakı şəhərində, ‘‘Radisson Hotel Baku” otelində təşkil ediləcək.
Konqres Tarixi
20-21 dekabr 2024-cü il
Konqres Dili
Konqresin rəsmi dili azərbaycan dilidir (ingilis dilində ediləcək çıxışlar olarsa sinxron olaraq azərbaycan və rus dillərinə çevriləcək).
Dəvət Məktubu
Konqres Təşkilat Komitəsi istəyən iştirakçılara rəsmi dəvət məktubu göndərəcəkdir. Bu dəvət məktubu iştirakçının konqresdə iştirak üçün ehtiyac duyduğu maliyyə dəstəyi, viza və ya icazə almasında istifadə edilə bilər. Bu, Təşkilat Komitəsinin iştirakçılara maliyyə dəstəyi verməsi anlamına gəlmir. Dəvət məktubu iştirakçının qeydiyyatından sonra göndərilə bilər.
Konqresdə İştirak Sertifikatı
Bütün iştirakçılara Konqresin yekununda “Konqresdə İştirak Sertifikatı” veriləcək. Konqres Səhiyyə Nazirliyinin Davamlı Tibbi Təhsil Proqramı çərçivəsində akkreditasiya olunacaq.