d
Follow us

Dəvət

Dəyərli Məsləkdaşlarımız

“3-cü Azərbaycan Hematologiya Mütəxəssisləri Konqresi və 1-ci Beynəlxalq Qan Bankı və Transfiziologiya Tibbi Simpoziumu” 23-25 noyabr 2023-ci il tarixlərində “Baku Marriott Boulevard Hotel” də keçiriləcəkdir.
Böyük qürur hissi ilə bildiririk ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edəcəyimiz Konqresə artıq qeydiyyat başlamışdır.
Bu konqresin proqramında da sürətlə dəyişən və inkişaf edən, buna görə də hamımızın yaxından təqib etməli olduğumuz mövzular yer alacaqdır.
Hematologiya sahəsində klinik araşdırmalardakı son nailiyyətləri izləmək, elmi araşdırılmaların nəticələrini dinləmək və təqdim etmək, beynəlxalq elmi cəmiyyətlərlə məlumat mübadiləsi aparmaq üçün Sizləri “3-cü Azərbaycan Hematologiya Mütəxəssisləri Konqresi və 1-ci Beynəlxalq Qan Bankı və Transfizion Tibb Simpoziumu” na dəvət edirik.

Dərin hörmət və səmimiyyətlə,
T.ü.F.D Valeh Hüseynov
Konqresin sədri