Əziz Həmkarlar və dəyərli məsləkdaşlarımız,
IV Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresinə qeydiyyat başlamışdır. 20-21 dekabr tarixlərində Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı və Baku Medical Plazanın təşkilatı dəstəyi ilə Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin 5 illiyinə və “Yaşıl Dünya Naminə Həmrəylik” ilinə həsr olunmuş ənənəvi IV Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçiriləcəkdir. Konqresdə müasir hematologiyanın və transfuziologiyanın aktual problemləri, yeni müalicə üsulları və bir çox mövzularda yerli və dünyanın müxtəlif ölkələrindən olan ekspertlərin iştirakı ilə fikir mübadilələri və geniş müzakirələr aparılacaqdır. Qeyd etməliyik ki, Konqres çərçivəsində yerli və xarici Cəmiyyətlərlə birgə müxtəlif mövzulardasessiyalar yer alacaqdır. 📌Konqresdə iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. 🌐Qeydiyyatdan keçmək üçün https://forms.gle/L2Eo45w7rrtARdg28 linkindən istifadə edə bilərsiniz.
Dərin hörmət və səmimiyyətlə,
T.ü.F.D. Valeh Hüseynov
Konqresin sədri