d
Follow us

Dəyərli Məsləkdaşlarımız

22-25 may 2019-cu il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş “1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi”ni Sizlərə bidirmək dən məmnunluq və qürur duyuruq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 10 il əvvəl, 2009-cu ildə fəaliyyətə başlayan Talassemiya Mərkəzində görülən işlər, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi sahəsindəki tədbirlər bu xəstəliyə düçar olanların müalicəsində və profilaktikasında mühüm rol oynamaqda, xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstək olmaqdadır.

Talassemiya Mərkəzi elmi araşdırma və hematoloji xəstəliklərlə mübarizə mövzularında əlaqələri artırmaq məqsədilə dünya ölkələri ilə iş birliyinə başlamışdır. İş birliyinin qurulması istiqamətində təşəbbüslər artıq nəticəsini verməkdədir.

Belə ki, beynəlxalq əlaqələr çərçivəsində Türkiyə, Rusiya, İsrail və Avropanın aparıcı mütəxəssislərinin Talassemiya Mərkəzinə səfərləri, birgə elmi toplantılar, elmi-praktik seminarlar təşkil olunub. Mütəxəssislərimizin Türkiyə, İngiltərə, Belarus, İtaliya mərkəzlərində uzunmüddətli kursları təmin edilib. Görülən işlər hematoloji xidmətin müxtəlif sahələrinin inkişafına ciddi təkan vermişdir.

Dr. Valeh Hüseynov
Konqresin sədri

Dos. Dr. Ramin Bayramlı
Konqresin Elmi Katibi

Tərəfdaşlar və Sponsorlar